IQNA

6:50 - August 20, 2020
Xəbər sayı: 3487932
Tehran (IQNA) - Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, əzadarlıqlar açıq fəzada sanitariya protokollarına riayət etməklə keçirilə bilər. Qərargahın göstərişlərinə əməl etməyənlər cərimə ediləcəklər.

Tehran (IQNA) -  İran İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, qapalı məkanlarda əzadarlıq məclisləri keçirilməsi qəti qadağandır, buna əməl etməyənlər cərimə ediləcəklər.

Səhiyyə Nazirliyinin mətbuat katibi ötən gün (19 Avqust 2020) videokonfrans vasitəsi ilə keçirilən mətbuat toplantısında IQNA-nın sualına cavab olaraq deyib: Böhran zamanı dövlət rəsmiləri və səhiyyə nazirliyinin məsulları arasında baş verən fikir ayrılıqları bəzən kimlərinsə müxtəlif təzadlı bəyanatlar verməsinə səbəb olur və biz bu nöqsanı və səhvi qəbul edirik. Amma əhəmiyyətli olanı budur ki, bu işlər insanlara psixoloji zərər vurmasın. Biz bu işdə kütləvi informasiya vasitələrindən də bizə kömək etmələrini istəyirik.

O vurğulayıb: Bütün hallarda son qərar Koronavirusla Milli Mübarizə Qərargahınındır. Və qərargahın da ən son göstərişlərinə əsasən qapalı mühitlərdə əzadarlıq keçirilməsi qəti qadağandır. Açıq fəzada da sanitariya protokollarına riayət etməklə keçirilə bilər. Qərargahın göstərişlərinə əməl etməyən əzadarlıq heyətləri (hüseyniyyələr) yazılı xəbərdarlıqdan sonra cərimə ediləcəklər və sonrakı mərhələdə isə fəaliyyətləri birdəfəlik dayandırılacaq.

Sima Sadat Lari əlavə edib: Məhərrəmlik mərasimi bizim üçün də çox önəmlidir. Xüsusi ilə indiki şəraitdə İmam Hüseynə (ə) təvəssül etməyə daha çox ehtiyacımız var.  /3917602

Ad:
E-poçt:
* Comment:
* captcha: