Misrin əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib sosial şəbəkə hesabında İsveçdə müsəlmanların müqəddəs kitabı Quranın yandırılaraq təhqir olunması məhkum edib və bu din əleyhinə olan bu addımı vəhşilik və terror cinayəti adlandırıb.
Misrin əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib yazıb: "Qurani-Kərimi yandırmaq cinayətinə cürət edənlər bilməlidirlər ki, onların bu addımı vəhşilik və ictimaiyyət baxımdan terror cinayəti hesab edilir.
O əlavə edib: İsveçdə Quranın yandırılması irqçi və ictimai nifrət yaradan bir rəftar idi. Bütün bəşəri sivilizasiyalar bu kimi addımlara müxalifdir. Çünki belə hərəkətlər şərq və qərbdə terrorizm odunu alovlandırır, bütün cəmiyyətlərdə təhlükəsizliyi aradan aparır və dinlərarası dialoqu təhdid edir.
Təyyib vurğulayıb: Quranı yandırmaq dünyada yaşayan bir milyard civarında müsəlmanların müqəddəs hislərini yandırmaqdır. Bu bəşər tarixində utancverici bir hadisə kimi qeydə alınacaq.
Xatırladaq ki, keçən həftənin Cümə günü İsveçin Malimo əyalətinin Ruzngard rayonunda danimarkalı sağçı radikallar Qurani-Kərimi yandırmışdılar.