IQNA

23:14 - September 02, 2020
Xəbər sayı: 3488037
Tehran (IQNA) -  İran İslam Respublikasında Həzrət İmam Səccad Zeyünlabidin Əli ibn Hüseyn (ə) adına beynəlxalq konqres öz işinə başlayıb.

Konqresdə İran İslam Respublikası və dünyanın 26 ölkəsindən 100-dən çox tanınmış dini, siyasi, ictimai və mədəni şəxsiyyət, elm adamları və mütəfəkkirlər iştirak edir.

Sayca 10-cu olan bu konqres İran İslam Respublikasının Hormozgan əyalətinin Məscidlərin Mədəniyyət və İncəsənət idarələrinin koordinasiya mərkəzinin təşəbbüsü ilə keçirilir.

Ötən gün, Sentyabr ayının 1-də, İran İslam Respublikasının Hormozgan əyalətinin "Bəndər Abbas" şəhərində konqresin açılış mərasimi keçirilib.

Konqresin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən xristian, katolik, ortodoks, yəhudi dinləri və müxtəlif müsəlman məzhəblərinin nümayəndələri iştirak edirlər.

Konqresin keçirilməsi komitəsi bildirib ki, vebinar və seminar formatında keçiriləcək bu koqnresdə 100-dən çox alim və mütəfəkkir çıxış edəcək. Bu çıxışlar "cisadjad.ir" saytından onlayn yayımlanacaq.

Komitə sədri bildirib ki, təkcə İran İslam Respublikasının Hormozgan əyalətində 50 nəfərdən çox Səhifeyi-Səccadiyyə hafizi var.

Konqresin açılış mərasimində Həzrət Ayətullah Üzma Nuri Həmədaninin mərasim iştirakçılarına mesajı qiraət edilib.   

Qeyd edək ki, beynəlxalq İmam Səccad (ə) konqresi Məhərrəm ayın 25-dək davam edəcək. Yekun mərasimi Məhərrəm ayının 25-də Tehranda keçiriləcək.  /3920416

Ad:
E-poçt:
* Comment:
* captcha: