IQNA

10:32 - September 04, 2020
Xəbər sayı: 3488041
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Gürcüstan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
Sentyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Gürcüstan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
Az.shafaqna.com xəbər verir ki, QMİ-nin yaydığı məlumata görə, Azərbaycanın Gürcüstandakı yeni səfirinə öz xeyir-dualarını bildirən QMİ sədri A. Paşazadə Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış dini-mənəvi əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Şeyxülislam A. Paşazadə bildirib ki, Gürcüstan Qafqaz Şeyxülislamlığı tarixində özəl yer tutur və bölgənin dini mərkəzi – Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.
QMİ sədri A. Paşazadə Gürcüstan Pravoslav Kilsəsi ilə olan əlaqələrin və Qafqazın ağsaqqal dini lideri – Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmimi münasibətlərinin xalqlarımız və dövlətlərimiz, bütövlükdə bölgəmiz üçün böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb.
Dövlətlərimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərini, dövlət rəhbərlərimizin qarşılıqlı ehtiramını böyük nemət kimi dəyərləndirən Şeyxülislam A. Paşazadə səfir F.Quliyevə qarşıdakı fəaliyyətində uğurlar dilədi və ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə qonşu Gürcüstan ilə bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələr müstəvisində münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır.
qafqazislam.com
Ad:
E-poçt:
* Comment:
* captcha: