Riyaz məhkəməsi 2014-cü ilin Noyabr ayında əl-Ehsa əyalətində şiələrin "ər-Rza" məscidinə hücum edərək yeddi namazqılanın şəhid olmasına və onlarla insanın yaralanmasına səbəb olan 10 nəfərin cəza hökmünü oxuyub.
Məhkəmə terrorçulardan 7 nəfərini edama və digər 3 nəfərini isə həbsə məhkum edib.
Terrorçular məscidə hücum etmək üçün bir səudiyyəli vətəndaşı öldürərək maşınını oğurlamış və terror əməliyyatı üçün istifadə etmişdilər.
Onlar bir ton partlayıcı maddə əld etmiş, Bureyd şəhərinin "əl-Müəlliməyn" rayonunda təhlükəsizlik qüvvələrinin bir əməkdaşını qətlə yetirmişdilər. Bundan əlavə onların planında dini təbliğatçıları terror etmək və hərbi hava limanlarını partlatmaq da olub.
əl-Ehsanın "ər-Rza" məscidinə hücum edən terrorçuların İŞİD-lə əlaqəli olduqları üzə çıxıb. /3920723