Özbəkistan dövləti ötən gün elan edib ki, müsəlmanlar Sentyabr ayının 4-dən etibarən məscidlərdə Cümə namazını qıla bilərlər.
Dövlət rəsmiləri Cümə namazı qılanlara sanitariya protokollarına əməl etmələrinə, maska taxmalarına göstəriş verib və məscidlərin davamlı şəkildə dezinfeksiya edilməsinin zəruri olduğunu vurğulayıb.
Bundan əlavə namazqılanlar məscidlərdə camaat namazı qılarkən də sosial fasiləni gözləməlidirlər.
Özbəkistan rəsmiləri Sentyabr ayının 5-dən kino klubları və teatr zalları və oyun parklarının açılacağını da elan edib. /3920537