IQNA

BƏƏ-li uşaqların köynəklərinə "ibri" dilində sözlər yazılır

18:36 - September 10, 2020
Xəbər sayı: 3488081
Tehran (IQNA)  - BƏƏ-də işğalçı sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi yönündə uşaqlar üçün üzərinə "ibri" dilində sözlər yazılan köynəklər istehsal edilir və satılır.

Sionist qəzetlərinin tirajladığı bu xəbərdə həmin köynəklərin harada və hansı şirkət tərəfindən istehsal edildiyi yazılmayıb.

BƏƏ-nin sionist yəhudi rejimi ilə əlaqələrini sadələşdirməsinin ardınca İsrail rejiminin nazirləri iki ölkə arasında ticarət mübadiləsinin 4 milyard dollar həcmində olacağını xəbər veriblər.

Qeyd edək ki, BƏƏ sionist rejimi əleyhinə olan bütün sanksiyaları ləğv edib. Hər iki tərəf hazırda iqtisadi, hərbi, tibbi və turizm sahəsində həmkarlıqlarını genişləndirməyi planlaşdırır.

Dünya müsəlmanları və bir çox tanınmış müsəlman şəxsiyyətlər BƏƏ-nin bu addımını İslama, Fələstinə və Əqsa məscidinə xəyanət adlandırıblar.  /3922058

Teqlər: bƏƏ ، sionist rejimi ، İbri
captcha