IQNA

0:46 - September 18, 2020
Xəbər sayı: 3488133
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti Tvitter üzərindən münasibətlərin normallaşması müqaviləsinə cavab olaraq, gecə nümayiş keçirən Bəhreyn xalqının görüntülərini paylaşıb.

Bəhreyndə bir çox insan təzyiqlərə baxmayaraq, İsrail rejimi ilə imzalanan razılaşmaya etiraz edib.

Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti Tvitter üzərindən münasibətlərin normallaşması müqaviləsinə cavab olaraq, gecə nümayiş keçirən Bəhreyn xalqının görüntülərini paylaşıb.  

Görüntülərdə onlarla insanın İsrail rejimi ilə razılaşmanın imzalanmasını pisləyən plakatlar daşıdığı görünür.
Görüntülərin altında isə bunlar yazılıb: “Bəhreyn xalqı təzyiq, ölümə və həbslərə baxmayaraq razılaşmanın xəyanət olduğunu fəryad çəkir”.  
 
Bəhreynin LuaLua TV kanalı da onlarla insanın İsrail rejimi bayraqlarını tapdaladığı anın görüntüsünü paylaşıb.  
 
Görüntülərdə İsrail rejiminin bayrağını tapdalayan və razılaşmanı pisləyən lövhələr daşıyan onlarla insan görünür.
Ad:
E-poçt:
* Comment:
* captcha: