IQNA

1:04 - September 18, 2020
Xəbər sayı: 3488137
Bəhreyn ruhaniləri Qüdsün müsəlmanlara məxsus olduğunu və Qüdsün yəhudiləşdirilməsinə icazə verilmədiyini və heç kimin müsəlmanların prinsiplərini pozmaq haqqına sahib olmadığını vurğulayıblar.

Müsəlman ölkələrindəki tanınmış şəxsiyyətlər və alimlər, sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxaraq bunu müsəlmanlara qarşı xəyanət adlandırıb.

Bəhreyndəki onlarla ruhani nəşr olunan bir bəyanatda sionist rejimlə münasibətlərin normallaşmasına etiraz edərək, Fələstin xalqının torpaqlarını bərpa etmək hüququnu dəstəkləyib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Bəhreyn ruhaniləri Qüdsün müsəlmanlara məxsus olduğunu və Qüds ərazilərinin bir qarışının belə yəhudiləşdirilməsinə icazə verilmədiyini və heç kimin müsəlmanların prinsiplərini və ideallarını pozmaq haqqına sahib olmadığını vurğulayıb.

Yəmənin Alimlər Birliyi, sionist rejimlə münasibətləri normallaşdırmaq üçün müqavilələrin imzalanmasını tənqid edərək, bunları İslam ümmətinə qarşı xəyanət adlandırıb.

"Sionist rejimlə münasibətlərin normallaşmasına haqq qazandırmaq cəhdləri təşəbbüskarlarının cəhalətini, axmaqlığını və alçaldılmasını nümayiş etdirir", - deyə Yəmən alimləri bildirib.

İraqın Fiqh Akademiyası açıqlamasında sionist rejimlə münasibətlərin normallaşdırılmasının yalnız düşmənlər üçün faydalı olduğunu və maraqlarının müsəlmanların mənafelərində üstünlük təşkil etməsinə gətirib çıxaracağını qeyd edib.

Xatırladaq ki, 15 sentyabrda Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn rejimi Ağ Evdə, ABŞ prezidenti və İsrail rejiminin baş naziri Netanyahunun iştirakı ilə işğalçı rejimlə barışıq sazişi imzalayıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: