IQNA

Minlərlə fələstinli xəyanətə qarşı Əl-Əqsa məscidində nümayiş keçirdi

9:59 - September 20, 2020
Xəbər sayı: 3488150
Minlərlə fələstinli bu həftə cümə namazından sonra Əl-Əqsa məscidində BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə xain razılaşmasına etiraz ediblər.

Minlərlə fələstinli bu həftə cümə namazından sonra Əl-Əqsa məscidində BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə xain razılaşmasına etiraz ediblər.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, nümayişçilər əllərində müqaviləni pisləyən plakatlar tutaraq, işğalçı sionist rejimin hiylələrinə qarşı Əl-Əqsa məscidinə dəstək çağırışları səsləndiriblər. Nümayiş Milli Müqavimət Birliyinin rəhbərliyinin dəvəti ilə keçirilib.

Fələstin Milli Müqavimət Birliyinin rəhbərliyi keçən cümə gününü Əl-Əqsa məscidində BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə xain razılaşmasına qarşı xalqın qəzəb günü elan etmiş və Fələstin ictimaiyyətini Qərb Sahilində keçiriləcək fəaliyyətlərdə və mərasimlərdə izdihamlı şəkildə iştirak etməyə dəvət etmişdi. 

Teqlər: fələstin ، qüds ، israil
captcha