IQNA

Səfər ayında Vaqeə surəsinin xüsusi xətmi

10:32 - September 20, 2020
Xəbər sayı: 3488153
Səfər ayında yerinə yetirilən müstəhəb əməllərdən biri də Vaqeə surəsinin xətmidir. Bu əmələ dini mətnlərdə xüsusi diqqət ayrılmışdır.

Səfər ayında yerinə yetirilən müstəhəb əməllərdən biri də Vaqeə surəsinin xətmidir. Bu əmələ dini mətnlərdə xüsusi diqqət ayrılmışdır.

Vaqeə surəsinin Səfər ayında xətmi belədir:

Səfər ayının 1-də bu mübarək surəni 1 dəfə, 2-ci günündə 2-dəfə, 3-cü günündə 3 dəfə... Bu qayda ilə Səfər ayının günləri artıqca günlərin sayına uyğun Vaqeə surəsi xətm edilir. Beləliklə Səfər ayının 30-da 30 dəfə Vaqeə surəsini oxunur və bu müstəhəb əməl başa çatdırılır.

Ayın günü çoxaldıqca Vaqeə surəsini təkarar oxumağın da sayı çoxalır. Buna görə də bu iş insana çətin gələ bilər. Bunu isə surəni gün ərzində müxtəlif saatlarda oxumaqla həll etmək olar. Məsələn, Səfər ayının 14-də Vaqeə surəsi 14 dəfə oxunmalıdırsa, Sübh namazından sonra 5 dəfə, Zöhr və Əsr namazlarından sonra 5 dəfə və Şam və İşa namazlarından sonra 4 dəfə oxumaq olar.

Hədislərə əsasən bu surəni oxumağın bir çox mənəvi, üxrəvi və dünyəvi faydaları və bərəkəti vardır.

Rəvayətdə deyilir ki, hər kəs bu səruni oxuyarsa, pərişan və nigaran olmaz.

Hər kəs yatmazdan öncə Vaqeə surəsini oxuyarsa, Qiyamət günü üzü ay kimi parlaq görünər.

İmamlardan (ə) nəql edilən hədislərə əsasən hər kəs cənnəti və ruzisinin çox olmasını istəyirsə, bu surəni oxusun.  /3923743

VAQEƏ surəsini və tərcüməsini qarşıdakı linkdən oxuya və dinləyə bilərsiniz: VAQEƏ surəsi

captcha