IQNA

6:33 - September 22, 2020
Xəbər sayı: 3488160
Tehran (IQNA)  - Zimbabvenin Mutara şəhərinin müsəlman və xristan qadınları "ailə zorakılığı" mövzusunda dinlərarası müştərək iş toplantısı keçiriblər.

Toplantı Zimbabvenin Fatimeyi-Zəhra (s) Qadınlar Təşkilatının təşəbbüsü və İran İslam Respublikasının Zimbabvedəki Mədəniyyət Mərkəzinin həmkarlığı ilə təşkil edilib.

Toplantıda koronavirus səbəbi ilə insanların daha çox evdə vaxt keçirməsi, bu səbəbdən də ailələrdə zorakılıq hallarının çoxalması və bu məsələyə müsəlman və xristian cəmiyyətlərdə verilən reaksiyalar müzakirə edilib.

Bu toplantının açılış çıxışında Mutarenin İmam Hüseyn (ə) İslam Mərkəzinin Şayeste Çindandari məsələni izah edərək iclas iştirakçılarından məsələyə münasibət bildirmələrini istəyib.

Toplantının davamında Zimbabvenin qadın hüquqları aktivisti xanım Ebigil Mubfava "cinsi zorakılıq" məfhumunu izah edib və kişi və qadının hər birinin bu zorakılığın qurbanı ola biləcəyini deyib və bu məsələnin ictimai, tarixi və dini köklərinin araşdırılması və məsələyə hərtərəfli baxışın zəruri olduğunu vurğulayıb.

Zimbabvenin Fatimeyi-Zəhra (s) Qadınlar Təşkilatının rəisi Hacər Makuyinca öz çıxışında İslamın qadınlar barədə görüşlərini və İslam dininin qadın və ailəni müdafiə etdiyini açıqlayıb. /3924349   

 

Ad:
E-poçt:
* Comment:
* captcha: