Tehran (IQNA) - Amerikanın Nyu York əyalətinin Morqan kitabxanasında saxlanılan Quran nüsxəsi 1580-ci ildə İranın Şiraz şəhərində yazılıb. Digər bir nüsxə Osmanlılar dövrünə (1832) aiddir.
Amerikanın Nyu York şəhərinin kitabxanasında üç qədim Quran nüsxəsi saxlanılır. Bu nüsxələrdən birinin tarixi 500 ildən çoxdur.
ABŞ-ın Nyu York şəhərinin Morqan (The Morgan Library) kitabxanasında saxlanılan Quran nüsxələrindən biri İran Fars əyalətinin Şiraz şəhərində kitabət edilmişdir. 1850-ci ilə yazılan bu nüsxə Fatihə surəsini ehtiva edir.
Qurani-Kərimin əl-İsra surəsini ehtiva edən ikinci nüsxə isə Osmanlı imperiyası dövründə, 1832-ci ildə kitabət edilmişdir.
Digər üçüncü nüsxə isə Hindistanın Kəşmir əyalətinə aiddir. Yaşıl cildli bu Müshəfin isə yazılma tarixi 1800-cü ilə qayıdır. /3924823


