IQNA

“Charlie Hebdo”-nun keçmiş ofisinə hücum edildi

22:33 - September 25, 2020
Xəbər sayı: 3488188
Tehran (IQNA) - Fransanın paytaxtı Parisdə bir nəfər müsəlmanları təhqir edən "Charlie Hebdo" satirik jurnalının köhnə binasının yerləşdiyi məhəlləyə soyuq silahla hücum edərək 4 nəfəri yaralayıb.

Parisdə naməlum şəxslər “Charlie Hebdo” jurnalının redaksiyasının keçmiş ofisinə soyuq silahla hücum ediblər.

Hadisə Fransa paytaxtının 11-ci dairəsində Nikolya Apper (Nikolas Appert) küçəsində baş verib. 4 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti olduqca ağırdır.

KİV-lərin məlumatına görə, yaralılardan ikisi adıçəkilən jurnalın keçmiş ofisində fəaliyyət göstərən “Premières Lignes” informasiya agentliyinin əməkdaşlarıdır.

Şübhəlilərdən biri Bastiliya meydanı yaxınlığında, digəri isə metronun “Rişar Lenuar” stansiyası yaxınlığında tutulub.

Xatırladaq ki, cari ayıda adıçəkilən jurnal yenidən Məhəmməd peyğəmbərin (s) karikaturalarını dərc edib. Jurnal daha öncə də bu cür təhqiramiz jurnallar dərc edib. 2015-ci ildə “Charlie Hebdo”-nun ofisinə hücum olub, 12 nəfər öldürülüb, 11 nəfər isə yalanmışdı. /3925247

captcha