IQNA

Hindu həkim xəstələrini Quran sədası ilə müalicə edir

23:54 - September 27, 2020
Xəbər sayı: 3488207
Tehran (IQNA)  - Dr. Jagdiş Anand Roy Kanadanın ən yaxşı göz həkimlərindən (oftalmoloq) biridir. Bir neçə ildir öz şəxsi klinikasında fəaliyyət göstərir.

Dr. Jagdiş Anand Roy Kanadanın ən yaxşı göz həkimlərindən (oftalmoloq) biridir. Bir neçə ildir öz şəxsi klinikasında fəaliyyət göstərir.

Onun işinin ən təəccüblü tərəfi budur ki, müsəlman olmasa da, Dr Cagdişin klinikasında hər zaman Qurani-Kərim tilavəti edilir. O, daha çox Yasin və ər-Rəhman surələrini dinləyir.

Bu məsələ barədə danışan Dr Cagdish, Quranın bütün bəşəriyyət üçün olduğuna inandığını deyir.

O, Quran tilavətinin faydalarından danışaraq, tilavət sədasının klinikanın mühitini aram və sakit saxladığını və bunun ‘Şifa’ya (sağalma, yaxşılaşma) yaxşı olduğunu bildirib.

Dr. Cağdiş apardığı bir araşdırmaya görə, ər-Rəhman surəsini beş dəfə dinləməyin bir neçə göz xəstəliyini müalicə edəcəyi qənaətinə gəldiyini iddia edir.

O deyir: Klinikanı təsis etdiyim gündən özüm və xəstələrim Quran sədasında Qulaq asırıq. Bu bizə mənəvi sakitlik və aramlıq verir. Əlbəttə bəzən xəstələr elə düşünür ki, mən onları İslam dininə dəvət etmək istəyirəm.

Dr. Cağdiş düşünür ki, İslam sülh dinidir və bu din barədə yaranmış yanlış təsəvvürləri zehnlərdən təmizləmək lazımdır. Bütün dinlərə hörmətlə yanaşılmalıdır. Xırda fərqləri nəzərə almasaq, bütün dinlərin mesajı eynidir.  /3925641

 

captcha