IQNA

6:42 - September 30, 2020
Xəbər sayı: 3488228
Tehran (IQNA) - İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatının lideri Əkrəm Əl-Kəəbi Tvitter üzərindən ABŞ-ın İraqda fitnə salmaq üçün hazırladığı yeni bir plan barədə xəbərdarlıq edib.

İraqdakı Ən-Nucəba İslami Müqavimət hərəkatının baş katibi Əkrəm Əl-Kəəbi Bağdaddakı yaşayış ərazisinə raket hücumunun ABŞ-ın İraqda qiyam qaldırmaq planına uyğun olduğunu və hadisə ilə bağlı şəffaf istintaqın aparılmasının vacib olduğunu vurğulayıb.

Əkrəm Əl-Kəəbi ABŞ-ın İraqda fitnə salmaq üçün hazırladığı yeni bir plan barədə xəbərdarlıq edib.

Əkrəm Əl-Kəəbi Tvitter üzərindən bunları qeyd edib: “İki gün əvvəl, böyük şeytanın xaos və təxribat yaratmaq və fitnə içində bütün murdar vasitələrdən istifadə edərək pis məqsədlərinə çatmaq üçün düşmən və hiyləgər üsulları və bu gün (28 sentyabr) dəhşətli cinayət və günahsız insanlara hücum edəcəyi barədə xəbərdarlıq etmişdik. Bir ailənin bir neçə üzvünün şəhadəti İslam qanunlarına ziddir və bütün səmavi dinlərə və insan prinsiplərinə də ziddir.

İraq xalqı İraq düşməninin və xalqının pis rolundan xəbərdar olması üçün şəffaf və ictimai araşdırma aparılmasını istəyirik. Bununla əlaqədar bir komitə qurulmasını dəstəkləyirik və mühakimə qüvvələrinin müqavimət silahının dürüstlüyünü və günahsız olduğunu başa düşmələri və bu hücumların arxasında kimlərin hesablamaları pozmaq və alçaq məqsədlərinə çatmaq üçün günahsızlara hücum edənləri tapmaq üçün məhkəmənin gerçəkləri üzə çıxarmasında əsas rol oynamasını istəyirik.

Əl-Həşduş Şəbi və İraq Xalq Müqaviməti ilə əlaqəli bütün qruplarla təmaslarımız olduğu üçün, qrupların heç birinin son vaxtlar bölgədə əməliyyatı olmayıb. Bu hücum bizim fikrimizcə çox şübhəlidir.

Qüvvələrimiz tərəfindən aparılan ilkin araşdırmalar göstərir ki, bu cinayət İraq xalqının ictimai düşüncəsindəki müqavimət qruplarını nüfuzdan salmaq üçün ABŞ-ın Bağdaddakı səfirliyi tərəfindən dəstəklənən təkfirçi terrorçuların işidir”.

Qeyd edək ki, sentyabrın 28-i axşam heç bir İraq müqavimət qrupunun məsuliyyətini üzərinə götürmədiyi Bağdad hava limanı yaxınlığında yaşayış sahəsinə raket hücumu edilmişdi. İki ədəd katyuşa raketinin günortadan sonra Bağdadın Ər-Rizvaniyyə bölgəsinin Əl-Buşaban məhəlləsindəki (Əl-Buəmr) bir evin qarşısına düşməsi ilə üç uşaq və iki qadın ölmüş, iki nəfər də yaralanmışdı.

Bağdadda raket hücumundan sonra, ABŞ və Səudiyyə rejimi ilə əlaqəli xəbər saytları, sosial şəbəkələr və Tvitter hesabları, koordinasiyalı əməliyyat kimi, şübhəli hücumu müqavimət qruplarının üzərinə atmağa çalışmışdı. /3926159

Ad:
E-poçt:
* Comment:
* captcha: