IQNA

9:16 - October 02, 2020
Xəbər sayı: 3488251
Tehran (IQNA)  - Yunanıstanın "Benaki" muzeyi 1930-cu ildə  Antonis Benakis tərəfindən təsis edilib. Burada Asiya, Osmanlı imperiayası və İslam mədəniyyətinə aid bir çox incəsənət əsərləri qorunur.  

Tehran (IQNA)  - Yunanıstanın "Benaki" muzeyi 1930-cu ildə  Antonis Benakis tərəfindən təsis edilib. Bu muzeydə Asiya ölkələri, Osmanlı imperiayası və İslam mədəniyyətinə aid bir çox incəsənət əsərləri qorunur.  

Yunanıstanın paytaxı Afinada yerləşən bu muzeydə Hindistan, İran, Orta Asiya, Beynunnəhreyn, Orta Şərq, Ərəbistan, Misr, Sisiliya, İspaniya, Kiçik Asiya və Afrika ölkələrindən gətirilmiş müxtəlif incəsənət əsərləri mövcuddur.  

Benaki muzeyindəki incəsənət əsərləri tarixi ardıcıllıqla düzülmüşdür. İslami incəsənət əsərləri üçün ayrılmış yer 1000 kvadrat metrlik bir sahəsini əhatə edir.

Burada İslam mədəniyyətinə aid 8000 parça seramik, dəmir işlər, qızıl, büllur, müxtəlif qiymətli daşlar, qədim tekstillər, oyma ilə hazırlanmış əşyalar və İslamın ilk əsrlərinə aid silahlar nümayiş olunur.

İran İslam Respublikasının Yunanıstandakı Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Nikxah Qumi bu muzeyin İslami İncəsənət Şöbəsinin müdiri xanım Mina Murayito ilə görüşüb və danışıqlar zamanı İran Mədəniyyət Mərkəzinin 2021-ci ildə Yunanıstanın Osmanlı imperatorluğunun işğalından azad edilməsininin 200-ci il dönümü münasibəti ilə keçiriləcək mədəniyyət proqramında iştirak edəcəyinə söz verib.  /3926516

 

Ad:
E-poçt:
* Comment:
* captcha: