IQNA

6:02 - October 04, 2020
Xəbər sayı: 3488266
Nobel sülh mükafatına layiq görülmüş yəmənli jurnalist Səudiyyə rejiminin vəliəhd şahzadəsinin Yəmənə qarşı səudiyyəli jurnalist Camal Qaşıqçı ilə etdiyi eyni terroru həyata keçirdiyini söyləyib.

Nobel sülh mükafatına layiq görülmüş, yeganə ərəb qadın yəmənli jurnalist Təvəkkül Kerman Səudiyyə rejiminin vəliəhd şahzadəsinin Yəmənə qarşı səudiyyəli jurnalist Camal Qaşıqçı ilə etdiyi eyni terroru həyata keçirdiyini söyləyib.

Deyerler.org Farsnews-aistinadən xəbər verir ki, 2011-ci ildə Nobel Sülh Mükafatını qazanan yəmənli fəal Təvəkkül Kerman Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Yəmənə qarşı terror törətdiyini iddia edib.

Təvəkkül Kerman şəxsi Facebook profilində bunları qeyd edib: “Bin Salmanın Camal Qaşıqçı ilə qarşılıqlı əlaqə yolu mənim ölkəm Yəmənlə olduğu kimidir. Gücünün qüruruna qapılan və ABŞ-ın puluna, gücünə, populyarlığına və ortaqlığına sahib olduğu müddətdə istədiyini edə biləcəyini düşünən dövlət terroru və bin Salmanın rejimi ilə qarşılaşırıq”.

Ərəb 21 saytının yazdığına görə, yəmənli fəal bunun Qaşıqçının öldürülməsinin ikinci ildönümü ərəfəsində “Sükut ölkəsi” sənədli filmi üçün dünya proqramında söylədiklərinin bir hissəsidir.

Rejissoru Rik Rouleyin və prodüsseri Aleks Qibney ilə Lavrens Raytın çəkdiyi “Səssizlik ölkəsi” sənədli filmi ABŞ-ın “Showtime” şəbəkəsində yayımlanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: