IQNA

10:25 - October 04, 2020
Xəbər sayı: 3488268
“Biz İrandan tranzit kimi istifadə edilərək hərbi avadanlıqların keçirilməsinə imkan vermərik.” - bunu İranın Görmrük Xidmətinin mətbuat katibi Seyid Ruhulla Lətifi deyib.

“Biz İrandan tranzit kimi istifadə edilərək hərbi avadanlıqların keçirilməsinə imkan vermərik.”

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın Görmrük Xidmətinin mətbuat katibi Seyid Ruhulla Lətifi deyib.

Sosial şəbəkələrdə İrandan Erməsitana hərbi avadanlıqların keçirilməsilə bağlı iddialara münasibət bildirən İran rəsmisi vurğulayıb ki, qeyd edilən iddialar tam əsassızdır. İranın Görmrük Xidmətinin mətbuat katibi bildirib ki, ölkəsi buna imkan verməz.

O, Ermənistanın Rusiyadan sifariş verdiyi və Bəndər-Ənzəli limanından Nurduz keçidinə və oradan da Ermənistana aparılması planlaşdırılan kamaz yükləri məsələsinə də münasibət bidlirib və əlavə edib ki, bu maşınlarda heç bir hərbi yük və silah olmayıb.

O yük maşınlarının araşdırılması üçün Nurduz keçidindən saxlanıldığını bildirib.

Teqlər: ermənistan ، İran ، Qarabağ ، sərhəd
Ad:
E-poçt:
* Comment:
* captcha: