IQNA

10:38 - October 04, 2020
Xəbər sayı: 3488273
“İran İslam Respublikasının mövqeyi budur ki, münaqişə Azərbaycanın ərazibütövlüyünün riayət edilməsi və rəsmən tanınması ilə həllini tapmalıdır. Bu İranın açıq aydın mövqeyidir.”

“İran İslam Respublikasının mövqeyi budur ki, münaqişə Azərbaycanın ərazibütövlüyünün riayət edilməsi və rəsmən tanınması ilə həllini tapmalıdır. Bu İranın açıq aydın mövqeyidir.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

İran rəsmisi Qarabağda Azərbaycan və Ermənistan arasında başlamış döyüşlərə münasibət bildirib və məsələnin həlli yolunun yalnız sülhlə mümkün olduğunu bildirib.

Əli Rəbiinin sözlərinə görə İranın mövqeyi budur ki, münaqişə Azərbaycanın ərazibütövlüyünün riayət edilməsi və rəsmən tanınması ilə həllini tapsın.

O əlavə edib: “İran dəfələrlə Azərbaycanın bu hüquqlarını beynəlxalq təşkilatlarda təkidlə vurğulayıb. Amma bununla yanaşı biz bilirik ki, qonşu Azərbaycan və Ermənistanın ixtilaflarının həlli yolu dinc yolladır. İran, Türkiyə və Rusiya BMT-nin məlum qərarlarının həyata keçməsində iki qonşuya kömək edə bilərlər.”

Ad:
E-poçt:
* Comment:
* captcha: