Amerikanın Texas əyalətinin Houston şəhərinin İslami Xeyriyyə Təşkilatı (Houston Muslim Charity Serves) indiyədək dünyanın müxtəlif yerlərində on minlərlə ehtiyaclı uşağa tibbi xidmətlər göstərmiş və qida ilə təmin etmişdir.
Pakistan əsilli Hişmət Əfəndi adlı bir xanım illər öncə Amerika xəstəxanalarında tibbi xidmət zamanı miqrant uşaqlarına qarşı ayrıseçkilik edildiyini görür. Buna görə də miqrant və mühacir uşaqlar üçün xeyriyyə təşkilatı yaratmaq fikrinə düşür.
Beləliklə Pakistanın ali rütbəli məmurlarından birinin qızı olan Hişmət 25 il öncə mühacir və miqrant uşaqlara qida və tibbi kömək məqsədi ilə 1997-ci ildə "The House of Charity" İslami xeyriyyə təşkilatını təsis edir.
Bu müəssisə təsis edildiyi gündən indiyədək dünyanın müxtəlif yerlərində yaşayan 195 uşaqa yardım etmişdir.
İslami Xeyriyyə müəssisəsi dünyanın müxtəlif yerlərindən olan könüllü həkimlərin dəstəyi ilə fəaliyyət göstərir.
Müəssisəsinin illik xeyriyyə fondu 1.5 milyon dollardır. Bundan əlavə müəssisəsinin təsis etdiyi poliklinkada indiyədək uşaqların cərrahiyyə əməliyyatı üçün 5 milyon dollar vəsait xərclənmişdir ki, bu vəsaitlə mindən çox cərrahiyyə əməliyyatı keçirilmişdir.
Bundan əlavə müəssisədə uşaqlar üçün müxtəlif maarifləndirmə proqramları da təşkil edilir. Onlara ilkin tibbi yardımlar və hadisə zamanı təhlükəsizlik qaydaları öyrədilir. /3927334