IQNA

Məscid və sinaqoqa hücum planlaşdıran yeniyetmə tutuldu

9:35 - October 07, 2020
Xəbər sayı: 3488311
Sinaqoqa və məscidə hücum planlaşdıran 14 yaşlı yeniyetmə saxlanılıb. Hadisə Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya federal əyalətində yaşanıb.

Sinaqoqa və məscidə hücum planlaşdıran 14 yaşlı yeniyetmə saxlanılıb. “FOCUS Online”ın məlumatına görə, hadisə Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya federal əyalətində yaşanıb.

Məlumata görə, yeniyetmə “WhatsApp” messencerində sinif yoldaşını odlu silah, ya da bıçaqla sinaqoqa və məscidə hücum etməyə çağırıb.

Bundan əlavə, o, əldəqayırma partlayıcı qurğu hazırlayıb, hətta onun sınağını da həyata keçirib.

Yeniyetmə hücumun vaxtını və yerini hələ seçməyə imkan tapmayıb. Sinif yoldaşları onun niyyəti barədə hüquq-mühafizə orqanlarına vaxtında məlumat veriblər.

captcha