İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası və Ermənistan arasında elan olunmuş atəşkəsin pozulmasından təəssüf ifadə edib.
Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-ya istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün Azərbaycan Respublikası və Ermənistan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirib. O, deyib: "İran atəşkəsin pozulmasından təəssüfləndiyini bildirərək, tərəfləri təmkinli olmağa dəvət edir, həmçinin həyati əhəmiyyətli infrastrukturlara və şəhərlərin yaşayış massivlərinə raket hücumunu və mülkilərin öldürülməsini qınayır və həyatını itirənlərin ailələrinin kədərini bölüşür".