IQNA

23:48 - October 13, 2020
Xəbər sayı: 3488360
Tehran (IQNA) – İslam dünyası alimləri cari ilin Oktyabr ayının 24-də İran İslam Respublikasının iştirakı ilə Mərakeşin Fas şəhərində Zoom proqramında virtual toplantı keçirəcəklər.   

İslam dünyası alimləri cari ilin Oktyabr ayının 24-də İran İslam Respublikasının iştirakı ilə Mərakeşin Fas şəhərində Zoom proqramında virtual toplantı keçirəcəklər.   

Mərakeşin "Mövlayə İdris" tarixi və dini araşdırmalara müəssisəsinin təşəbbüsü ilə keçiriləcək bu toplantının əsas mövzusu Həzrət Peyğəmbərin (s) sevimli Əhli-beytidir (ə).  

Əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək miladı münasibəti ilə keçiriləcək toplantıda müxtəlif məzhəblərin nümayəndələri iştirak edəcəklər.  

Toplantı hicri-qəməri tarixi ilə 1442-ci ilin Rəbiul-Əvvəl ayının 6-da (24 Oktyabr 2020) yerli vaxtl saat 14:00-da başlayacaq.

Toplantıya Sudan, Türkiyə, Hindistan, Malaziya, İraq, Seneqal, Misr, Livan, Ərəbistan, Tunis, Əlcəzayir, İndoneziya, Mavritaniya, Yəmən və İrandan olan nümayədələr qatılacaq. /3928935

 

Ad:
E-poçt:
* Comment:
* captcha: