IQNA

8:56 - October 15, 2020
Xəbər sayı: 3488371
Minlərlə zəvvarın Xatəbül Ənbiya Muhəmməd Mustafanın (s) rehləti münasibətilə əmisi oğlu, kürəkəni, qardaşı və vəsisi Əmirəl-möminin Əli İbni Əbu Talibə (ə) başsağlığı vermək üçün yürüşə başlayıb.

Minlərlə zəvvarın Xatəbül Ənbiya Muhəmməd Mustafanın (s) rehləti münasibətilə əmisi oğlu, kürəkəni, qardaşı və vəsisi Əmirəl-möminin Əli İbni Əbu Talibə (ə) başsağlığı vermək üçün yürüşə başlayıb.

Deyerler.org xəbər verir ki, möminlər 28 səfər 1442-ci il həyata keçiriləcək anım mərasimi üçün İmam Əlinin (ə) Nəcəfül Əşrəfdəki müqəddəs ziyarətgahına yürüş edirlər.

Xidmət qrupları tərəfindən Nəcəfül Əşrəf şəhərinə gedən yollar boyunca ziyarətçilərə xidmət etmək üçün çadırlar qurulub. Bölgə sakini olan Hüseynçi xidmətçilər də qonaqlarını qəbul etmək üçün evlərinin qapılarını açıblar.

Xatırlatmaq lazımdır ki, Əhli-Beytin (ə) vasitəsilə bizə gələn rəvayətlərdə Allah Rəsulunun (s) vəfatı günü ən fəzilətli müstəhəb əməllərdən biri Əmirəl-möminin Əli İbni Əbu Talibin (ə) ziyarəti olduğu bildirilir.

Ad:
E-poçt:
* Comment:
* captcha: