IQNA

Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı 14-ə çatdı - Foto

20:13 - October 17, 2020
Xəbər sayı: 3488387
Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması və törətdiyi terror nəticəsində həyatını itirən sivil və mülki şəxslərin sayı ikisi uşaq olmaqla 14 nəfərə çatıb.
18:10
Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb.
 
Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.
 
O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb:  
 
***
08:40
 
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
 
"Report"un yerli bürosunun məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
 
Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
 
***
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub.
 
Maide.Az xəbər verir ki, belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.
 
Hücum zamanı ən az 12 nəfə həyatını itirib,  42 nəfər yaralanıb. 
 
Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində ilkin məlumata görə, 20-dən çox ev dağılıb.
 
"Gəncə şəhərinə Ermənistan ərazisindən ballistik raketlər atılıb. Bu, döyüş bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistanın Xarici İşlər Nazirliyi çirkin şəkildə bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", Hikmət Hacıyev Twitter-də yazıb.
 
Qeyd edək ki, hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Gəncə sentyabrın 27-dən bəri bir neçə dəfə atəşə məruz qalıb.
 
Onlardan ən dağıdıcı olanı oktyabrın 11-də baş verib. Bu hadisə zamanı beşi qadın olmaqla, azı 10 nəfər şəhid olub, 35 nəfər yaralanmışdı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymışdi 
 
 
 
 
 
 
 
 
 

captcha