IQNA

7:14 - October 20, 2020
Xəbər sayı: 3488405
Tehran (IQNA)  - Fransa hakimiyyəti bu ölkədə yaşayan bəzi xarici vətəndaşları onların radikal və ekstremist qruplarla əlaqədə olması bəhanəsi ilə ölkədən qovur.

Oktyabr ayının 16-da, keçən həftəin Cümə günü, fransalı müəllimin çeçenistanlı müsəlman tərəfindən qətlə yetirilməsi Fransa hakimiyyətinin xarici ekstremistlərə qarşı sərt addım atmasına səbəb olub.

Fransanın baş naziri Cerald Darmanin elan edib ki, ölkənin təhlükəsizliyini təhdid edən 231 xarici radikalın ölkədən çıxarılması barədə qərar verilib.

Bu siyahıda adı olanların 180 nəfəri hazırda həbsxanadadır və digər 51 nəfəri də yaxın günlərdə həbs ediləcəkdir.  

Fransa dövləti Əlcəzayir, Tunis və Mərakeşlə onların vətəndaşlarını özlərinə qaytarmaq üçün müzakirəyə başlayıb.

Qeyd edək ki, keçən həftənin Cümə günü (16 Oktyabr 2020), Parisin ətraf rayonlarından birində orta məktəbdə İslam Peyğəmbərini (s) təhqir edən müəllim 18 yaşlı çeçen bir müsəlman tərəfindən öldürülüb və özü də polisin açdığı atəş nəticəsində ölüb.  /3930061

Ad:
E-poçt:
* Comment:
* captcha: