IQNA

Rəbiəl-əvvəl ayında bərəkətlərdən qafil olmayaq

10:51 - October 21, 2020
Xəbər sayı: 3488415
Məhərrəm və Səfər ayı bütün cilvəsi və gözəlliyi ilə arxada qaldı. İndi bərəkətlə dolu Rəbiəl-əvvəl ayına qədəm basmışıq.

Məhərrəm və Səfər ayı bütün cilvəsi və gözəlliyi ilə arxada qaldı. İndi bərəkətlə dolu Rəbiəl-əvvəl ayına qədəm basmışıq.

Rəbiəl-əvvəl ayı, adından da göründüyü kimi, ayların baharıdır. Bu ay - İlahi rəhmətlə dolu bir aydır. Bu ayda Allahın bərəkəti və nurani gözəlliyi yerə enər, çünki bu ayda aləmlərin sərvəri olan Həzrət Peyğəmbər (s) dünyaya gəlmişdir. (Tebyan)

“Rəbiəl” sözü bahar, xoş və xürrəm deməkdir. Rəbiəl sözü ilə başlayan aylarda bahar gələr, bitkilər cücərər, hər yer yaşıllaşar və xürrəm olar.

Bu ayda baş verən mühüm hadisələr arasında: Leylətul-məbit, Peyğəmbərin (s) hicrəti, merac gecəsi, Həzrətin (s) Mədinəyə daxil olması, İmam Cəfər Sadiqin (ə) mövludu, Həzrət Peyğəmbərin (s) mövludu, Həzrət Əlinin (ə) imamətliyinin əvvəli, Peyğəmbərin (s) Xanım Xədicə (s.ə) ilə evliliyi, Həzrət Məsumənin (s.ə) Quma daxil olması kimi fövqəl önəmli tarixləri qeyd etmək olar.

Bu ayda çox ağrılı hadisələr də olmuşdur, o cümlədən: vəfatdan sonra vəhy ailəsinə edilən hücum, İmam Həsən Əsgərinin (ə) şəhadəti, Həzrət Səkinənin (s.ə) vəfatı kimi.

Tövsiyə edilir ki, Rəbiəl-əvvəl ayının ilk günündə oruc tutulsun, Peyğəmbər (s) və Əmirəl-möminin (ə) ziyarət edilsin.

Səkkizinci günündə İmam Həsən Əsgərini (ə) və Sahibi-Əmri (ə.f) ziyarət etmək.

Doqquzuncu günü hər kim bir şeyi infaq edərsə, Allah günahlarını bağışlayar. Bu gündə tövsiyə edilir ki, din qardaşlarına yemək süfrəsi verilsin, möminlər sevindirilsin, yeni paltar geyinilsin, Allah Təalaya şükür edilsin. Bu gün qəmin aradan getdiyi gündür, çox şərəfli gündür.

On ikinci günü əhli-təsənnün mənbələrinə görə Peyğəmbərin (s) mövlud günüdür və müstəhəbdir ki, həmin günü iki rükət namaz qılasan və birinci rükətdə “Həmd”dən sonra 3 dəfə “Kafirun” və ikinci rükətdə isə 3 dəfə “İxlas” surəsi oxunsun.

On yeddinci günə aid müstəhəb əməllər:

1. Qüsl.

2. Oruc. Hədislərimiz buyurur ki, hər kim bu günü oruc tutar, Allah ona bir il orucun savabını yazar.

3. Həzrət Peyğəmbəri (s) yaxından və uzaqdan ziyarət etmək.

4. Əmirəl-möminini (ə) ziyarət etmək.

5. O zaman ki, gün çıxar, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra 10 dəfə “Qədr”, 10 dəfə “İxlas” surəsini oxumaq. Salam verdikdən sonra bu duanı oxumaq: اللَّهُمَّ أنْتَ حَیٌّ لا تَموت إلی آخره؛

6. Müsəlmanlar bu günün hörmətinə xeyir işlər görməli, mömini sevindirməli, ziyarətlərə getməlidir. Çünki Həzrət Muhəmmədin (s) doğum günü – ən fəzilətli və əzəmətli tarixlərdəndir.

/Deyerler.org/

captcha