IQNA

12:24 - October 21, 2020
Xəbər sayı: 3488416
Tehran (IQNA)  - Ötən həftənin Cümə günü (16 Oktyabr) yerli vaxtla 12:40 Seulun mərkəzi məscidində Azan səsi eşidilib. Məscidin ümumi tutumunun 80 faizinə uyğun olaraq 400 nəfər məscidə buraxılıblar.

Tehran (IQNA)  - Ötən həftənin Cümə günü (16 Oktyabr 2020) yerli vaxtla 12:40 Seulun mərkəzi məscidində Azan səsi eşidilib.

Məscidin ümumi tutumunun 80 faizinə uyğun olaraq 400 nəfər civarında namazqılan məscidə buraxılıblar və fiziki fasiləyə riayət edərək Cümə namazı qılıblar.

Namazda koreyalı və burada mühacir olan müsəlmanlar koronavirusa görə bütün sanitariya protokollarına riayət edərək yarım saat ibadətlə məşğul olublar.

Məscidin xətibi Li Co Hu Əbdürrəhman İngilis, Ərəb və Koreya dilində xütbə oxuyub.

Seulun mərkəzi məscidində adi günlərdə 50 nəfər civarında namazqılan ibadət üçün məscidə gəlir. Onların əksəriyyəti Seulda yaşayan müsəlmanlar, 5-10 nəfəri isə yerli müsəlmanlar olur.

اسلام در کره جنوبی و دغدغه مسلمانان/ از تهیه غذای حلال تا استقبال از ترجمه‌های قرآن

Qeyd edək ki, son illərdə Cənubi Koreya vətəndaşlarının müxtəlif yaş qrupları arasında İslam dinini qəbul edənlər çoxalıb.

Koreya Müsəlmanlar Birliyinin verdiyi hesabata görə, bu ölkədə hazırda 60 min nəfər yerli müsəlman var. Onların 5 min nəfəri son beş ildə İslam dinini qəbul edərək müsəlman olublar.

Bundan əlavə Cənubi Koreyanın müxtəlif regionlarında 16 məscid və 80 namazxana var.

Koreyada yerli və gəlmə müsəlmanların ümumi sayı 2018-ci ilin hesabatına görə 260 min nəfərdir.

Koreyalı müsəlman ya bu ölkədə yaşayan müsəlmanların vasitəsi ilə və ya Asiyanın müsəlman ölkələrində işləyərkən İslam dini ilə tanış olub və İslamı qəbul ediblər.

İslam dinini qəbul edən bir çox koreyalı əvvəlcə katolik xristian olub və sonradan müsəlmanlığı qəbul ediblər.

Koreyalı müsəlmanların da digər qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqlar kimi İslami geyim tərzi, hala qida və radikallar tərəfindən əziyyət edilmək kimi problemləri var. Amma bütün bunlara rəğmən onlar İslam dinin qaydlarına əməl etməyə çalışırlar.

اسلام در کره جنوبی و دغدغه مسلمانان/ از تهیه غذای حلال تا استقبال از ترجمه‌های قرآن

Sosial şəbəkə istifadəçisi Sung Bu Ra bu ölkədə yaşayan müsəlmanlar arasında məşhurdur. Onun sosial şəbəkədə 200 min izləyicisi var. Sung öz İslami geyim tərzi və özünəməxsus hicab forması ilə tanınır. Çünki hicabla ənənəvi koreyalı geyimini sintez etmişdir.

اسلام در کره جنوبی و دغدغه مسلمانان/ از تهیه غذای حلال تا استقبال از ترجمه‌های قرآن

Sosial şəbəkədə izləyici çoxluğu ilə tanınan digər koreyalı müsəlman "İnçun Sülh üçün" məscidinin camaat imamıdır. Onun "youtube"də 132 min, "facebook"da isə 200 min izləyicisi var. Barek Dung Şin 2009-cu ildə İslamı qəbul edib. Koreyanın İslami Sülh Birliyinin nümayəndəsidir və terrorizm əleyhinə fəaliyyətləri ilə tanınır. O deyir ki, izləyicəlirimi daha çox Quran tilavəti ilə cəlb edə bilmişəm.

 

Koreyada müsəlmanların tanınmış təşkilatlarından biri də "Müsəlman Tələbələr Təşkilatı"dır. Təşkilatın rəisi Məhəmməd Üsamədir. Bu təşkilatın 170 üzvü var və hər həftə Cümə namazı təşkil edir.

اسلام در کره جنوبی و دغدغه مسلمانان/ از تهیه غذای حلال تا استقبال از ترجمه‌های قرآن

Koreya dilinə tərcümə edilmiş Quranın da satışı son illərdə çoxalıb. 2019-cu ildə 628 nüsxə Quran və 2020-ci ildə isə Avqust ayınadək 400 nüsxə Quran alınmışdır. /3930372

Ad:
E-poçt:
* Comment:
* captcha: