IQNA

6:52 - October 23, 2020
Xəbər sayı: 3488425
Nigeriya İslam Hərəkatının Akademik Forumu dünən (21 oktyabr) verdiyi bəyanatında Nigeriyadakı polisin terror alətinə çevrildiyini, müdafiəsiz günahsız insanları öldürdüyünü və yaraladığını bildirib.
Nigeriya İslam Hərəkatının Akademik Forumu dünən (21 oktyabr) verdiyi bəyanatında Nigeriyadakı polisin terror alətinə çevrildiyini, müdafiəsiz günahsız insanları öldürdüyünü və yaraladığını bildirib.
Akademik Forumun sözçüsü Abdullahi Məhəmməd Musa Təhlükəsizlik İdarəsinin baş müfəttişi Məhəmməd Adamunu polis işçiləri tərəfindən günahsız şiə müsəlmanların öldürülməsində iştirak etməkdə ittiham edib.
Akademik Forumu Nigeriya hökumətini lideri Şeyx İbrahim Zəkzəkini həbsdən azad etməyə çağırıb: “Nigeriya polis qüvvələrinin vəhşiliyinə haqq qazandırmaq mümkün deyil. Polis etirazçıları öldürmək və ya yaralamaq üçün hansı bəhanələr və ya dəlilləri var?
Xanımına güllə atan, üç oğlunu gözləri qarşısında öldürən, mindən artıq ardıcılını aradan qaldıran Nigeriya ordusunun təqib etdiyi bu məzlumu dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik.
Şeyx Zəkzəkinin tərəfdarlarının qanunsuz tutulmalarına, əmlaklarının dağıdılmasına, qəsb edilməsinə, işgəncə edilməsinə, təqib olunmasına və edam edilməsinə qarşı aparılan kampaniya heç bir mədəni cəmiyyət tərəfindən heç vaxt diqqətdən qaça bilməz”.
Xatırladaq ki, 22 iyul 2019-cu ildə polis federal katiblik qarşısında Şeyx Zəkzəkinin azadlığını tələb edən etirazçılara atəş açaraq, xeyli insanı şikəst etdilər və on iki nəfəri yerindəcə öldürdülər, daha sonra isə üç nəfər həbsxanada öldü.
Federal Ali Məhkəmənin qərarına baxmayaraq, polis hələ də Milli Xəstəxanada və Abucadakı Asokoro Bölgə Xəstəxanasında Şeyx Zəkzəki tərəfdarlarından səkkizinin (8) cəsədini həbsdə saxlayır.
İndiyə qədər səkkiz ailə hələ atalarını, qardaşlarını və oğullarını dəfn etməyiblər. Polis tərəfindən edam edilən bu səkkiz nəfər nəinki ölüdürlər, həm də girovdurlar. /maide.az/
Ad:
E-poçt:
* Comment:
* captcha: