IQNA

Əqsa məscidinin Cümə namazında 20 min nəfər iştirak etdi

8:42 - October 24, 2020
Xəbər sayı: 3488433
Tehran (IQNA)  - Koronavirus pandemiyasına görə məscidlərin tətil edilməsindən sonra yenidən açılan Əqsa məscidinin ilk Cümə namazında 20 min nəfər namazqılan iştirak edib.

Koronavirus pandemiyasına görə məscidlərin tətil edilməsindən sonra yenidən açılan Əqsa məscidinin ilk Cümə namazında 20 min nəfər namazqılan iştirak edib.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata əsasən, Məscidul-Əqsanın koronavirusa görə bir aylıq tətil edilmişdi. Cari həftənin Cümə günü müsəlmanlara Əqsa məscidində namaz qılmağa icazə verilib.

Cümə günü (23 Oktyabr 2020) Fələstinin müxtəlif şəhərləri və Qüdsdən minlərlə insan Cümə namazı qılmaq üçün Əqsa məscidinə axışıb.

İşğalçı sionist rejimi İsrailin hərbiçiləri müxtəlif şəhərlərin, o cümlədən Qüds şəhərinin giriş və çıxışlarında postlar quraraq müsəlmanlara maneə törətməyə çalışsalar da Cümə namazında 20 min nəfər fələstinli iştirak edib.

Əqsa məscidinin Cümə namazı xətibi Şeyx Yusif Əbu Süneynə müsəlmanları və fələstinliləri vəhdətə dəvət edib və fələstinli əsirlərin müdaifəsinə səsləyib. /3930897

captcha