IQNA

12:41 - October 24, 2020
Xəbər sayı: 3488434
Sionist rejimin 2006-cı ildən bəri mühasirədə saxladığı Qəzzada yaşayan müəllim dünyanın ən yaxşı müəllimi seçilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Qəzzanın şimalında yerləşən “Halima Al-Saadiyah” qızlar məktəbinin  müəllimi  Əsma Mustafa  Hindistanın “AKS Education Award” müəssisəsi tərəfindən 2020-ci ildə dünyanın ən yaxşı müəllimi  seçilib. 
 
Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə,  İngilis dili müəllimi çalışan Ə.Mustafa bu sahədə yaradıcılıq və yenilik etdiyi,  o cümlədən "İngilis dilini bilməyənlərə ingilis dilini öyrətmək üçün 45 oyun" adlı kitab yazdığına görə, 2020-ci ildə dünyanın ən yaxşı müəllimləri yarışmasına qatılıb və bu yarışmanın qalibi olub. 
 
Fələstinli müəllim bir çox beynəlxalq təhsil müəssisəsinin üzvüdür. O Microsoft, Google, Apple və National Geographic kimi müxtəlif qlobal şirkətlərlə çalışır. 
 
Qeyd edək ki, Hindistanın “AKS Education Award” müəssisəsi ötən il dünyanın ən yaxşı  100 müəlliminin siyahısını  təqdim etmişdi.  Həmin siyahıda da Fələstinli müəllim  Əyad Əhməd Əs-Suqi  dünyanın ən yaxşı 100 müəalliminin siyahısına daxil edilmişdi. 
 
Xatırladaq ki, İsrail rejimi  2 milyona yaxın fələstinlinin yaşadığı Qəzza zolağını 2006-cı ildən bəri quru, hava və dənizdən müsahirədə saxlayır. 
 
Sionist rejimin   gündəlik mühasirəsinə, zorakılıqlarına  və təcavüzünə rəğmən, fələstinlilər həmişə elm və bilik sahəsində üstün olublar və özlərini dünyanın ən yaxşıları sırasına qaldırıblar.  /3930880
 
Ad:
E-poçt:
* Comment:
* captcha: