IQNA

10:29 - October 31, 2020
Xəbər sayı: 3488507
Tehran (IQNA)  - Əhərin Əbu İshaq məscidinin "İmam Əli ibn Əbi Talib (ə)" adına ümumi kitabxanasında qədim, nadir və nəfis əlyazma nüsxələr saxlanılır.

Əhərin Əbu İshaq məscidinin "İmam Əli ibn Əbi Talib (ə)" adına ümumi kitabxanasında qədim, nadir və nəfis əlyazma nüsxələr saxlanılır.

Tarixi İslamdan öncəni də ehtiva edən bu əlyazma nüsxələrin sayı 30 mindən çoxdur.

İslam dünyasının böyük alimlərinin əlyazmaları qorunan bu kitabxana araşdırmaçılar və tələbələr üçün elm xəzinəsidir.

Əhər şəhərinin Əbu İshaq məscidinin tarixi Qacar şahları dövründən də öncəyə qayıdır və şəhərin tarixi kimliyinin ehtiva edən əhəmiyyətli mədəniyyət əsəri kimi qorunur.

Məscidin nəzdindəki "İmam Əli ibn Əbi Talib (ə)" kitabxanası 20 il öncə məscidin idarə heyəti tərəfindən tikilib. Kitabxana mütaliə salonu, ümumi kitablar, ixtisaslaşdırılmış kitablar, elektron qaynaqlar, audio və video kasetlər, əlyazma nüsxələr və sair bölmələri ehtiva edir.  /3932094/

Ad:
E-poçt:
* Comment:
* captcha: