IQNA

Qahirənin İmam Hüseyn (ə) məscidində mövlud bayramı keçirildi

23:50 - October 31, 2020
Xəbər sayı: 3488514
Tehran (IQNA)  - Misrin paytaxtı Qahirə şəhərinin İmam Hüseyn (ə) məscidində sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud bayramı mərasimi keçirilib.

Misrin paytaxtı Qahirə şəhərinin İmam Hüseyn (ə) məscidində sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud bayramı mərasimi keçirilib.

Cari həftənin Cümə Axşamı günü (29 Oktaybr 2020) keçirilən bu mövlud mərasimində Misrin əl-Əzhər İslam Mərkəzinin alimləri və Sufiyyə təriqətlərinin şeyxləri və böyükləri iştirak ediblər.

Mövlud mərasiminin keçirilməsində pandemiya ilə əlaqədar bütün sanitariya protokollarına riayət edilib.

Qeyd edək ki, hər il Misrin müxtəlif əyalət məscidlərində, o cümlədən "Seyyidə Zeynəb (s)", "Misr əl-Qədimə" və "əl-Bəsatin" məscidlərində Həzrət peyğəmbərin (s) mövlud mərasimi keçirilir. Bu il isə pandemiyay görə təkcə İmam Hüseyn (ə) məscidində mərasim keçilib.  /3932087

 

captcha