IQNA

İzmir zəlzələsində həlak olanların sayı 49 nəfərə çatıb

10:53 - November 01, 2020
Xəbər sayı: 3488520
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib. Bu barədə AFAD agentliyi məlumat yayıb. Məlumata görə, hazırda 214 nəfərin müalicəsi davam edir.

Türkiyənin İzmir şəhərində baş verən 6,6 ballıq zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, hazırda 214 nəfərin müalicəsi davam edir.

Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda binanın dağıntıları altında axtarışlar aparılır. / report

 

 

 

Teqlər: zəlzələ ، izmir ، AFAD ، türkiyə
captcha