İranın Zəncan şəhərindən və milliyyətcə Azəri olan tanınmış Quran müfəssiri və mütərcimi Ustad Əbulfəzl Bəhrampur bəyaniyyə yayaraq Fransa prezidentinin anti-İslam mövqeyini məhkum edib.
Ustad Əbulfəzl Bəhrampur bəyaniyyədə deyib: İslam dininin Avropa ölkələrində dərindən nüfuz etməsi, sürətlə yayılması və genişlənməsi bu ölkələrdə islamofobiyanın və müsəlmanların müqəddəslərinin təhqir edilməsinin əsas səbəbidir. Bu gün Avropa ölkələrində, o cümlədən İngiltərədə uşaqlara verilən adların say çoxluğunda "Məhəmməd" adının ön sırada oldğunu görürük.
Peyğəmbərin (s) zamanında da O həzrətin (s) müxalifləri (kafirlər) elm və məntiq dili ilə deyil, təhqir dili ilə danışırdılar. Bu gün də düşmənlər İslamın Avropa ölkələrində inkişafının qarşısını ala bilmədikləri üçün bu yola əl atıblar.
Biz bu təhqirlərə laqeyd qalmamalıyıq. Yoxsa, Qiyamət günü Peyğəmbərimizin (s) üzünə necə baxarıq? Bizə vacibdir ki, bütün namazlarda Peyğəmbəri (s) yad edək və ona salam və salavat göndərək.
Həzrət İsa (ə) İncildə Həzrət Məhəmmədi (s) ehtiramla yad edib. Bu məsələ ən azından Bernaba İncilində mövcuddur və Quranda da bu mövzuya işarə edilib (Səff/6). Makron isə Həzrət İsanın (s) sözünün əksinə danışıb. Buna görə də o xristian da deyil və axmaq bir kafirdir. Belə olan halda o və həmkarları ilə bizim hər hansı bir rabitəmiz ola bilərmi?!
Müsəlman ölkələri Fransa istehsalı olan hər şeyi təhrim (boykot) etməlidir. Dünyanın qeyrətli müsəlmanları artıq bu barədə qərar verməli, onalara iqtisadi zərbə vurmalı və inzivaya göndərməlidirlər. /3932387