IQNA

Ayətullah Xamenei:

Ermənistan tərəfinin zəbt etdiyi Azərbaycan torpaqları azad edilməlidir

15:18 - November 03, 2020
Xəbər sayı: 3488540
İranın İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxış edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei çıxışının bir hissəsini Qarabağda gedən döyüşlərə həsr edərək, Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib: 

"Qonşu ölkəmiz olan Azərbaycan Respublikası və Ermənistan arasında  müharibənin baş verməsi  acı bir hadisədir. Bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və gərək ən yaxın zamanda  sona çatsın.  Əlbətdə Ermənistan tərəfinin zəbt etdiyi bütün Azərbaycan torpaqları azad olunmalıdır. Bu müharibənin sonlanmasının əsas şərti Azərbaycan torpaqlarının özünə qaytarılmasıdır. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikası bu məsələdə haqlıdır."

Ayətullah Xamenei bu torpaqlarda ermənilərin təhlükəsizliklərinin qorunması və iki tərəf vasistəsilə beynəlxalq sərhədlərə riayət edilməsi vacibliyini də vurğulayıb və belə qeyd ediblər: Mötəbər məlumatlara əsasən, bölgəyə daxil olmuş terrorçular heç bir vəchlə İran sərhədinə yaxınlaşmamalıdırlar. Əgər onlar İran sərhədinə yaxınlaşarlarsa, mütləq onlarla qətiyyətlə rəftar ediləcəkdir.

Ali Rəhbər həmçinin qeyd ediblər ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər. 

3933049

captcha