IQNA

Afinanın ilk məscidində ilk namaz qılındı

8:32 - November 04, 2020
Xəbər sayı: 3488548
Tehran (IQNA)  - Yunanıstanın paytaxtı Afina şəhərinin ilk rəsmi məscidinə ilk dəfə müsəlmanlar məhdud şəkildə namaz qıla bildilər.

Yunanıstanın paytaxtı Afina şəhərinin ilk rəsmi məscidinə ilk dəfə müsəlmanlar məhdud şəkildə namaz qıla bildilər.

Cari həftənin Bazar Ertəsi günü Afinada yaşayan müsəlmanlardan 18 nəfəri paytaxtın ilk rəsmi came məscidində namaz qılıblar.

Tikinti icazəsində problem yaşanan, uzun müddətdən sonra tikintisinə icazə verilən və ötən il tikintisi başa çatmış bu məscidin açılışı müxtəlif bəhanələr ilə təxirə salınırdı.

Əlbəttə Yunanıstan hakimiyyətinin dırnaq arası tolerantlığı üzündən bu məscidin nə günbəzi var, nə də minarəsi. Səsucaldıcı vasitəsi ilə Azan vermək də qadağandır.

Məscid Ramazan ayında 24 saat fəaliyyət göstərə bilər. Qalan vaxtlarda isə Sübh namazından Şam namazınadək açıq olacaq.

Bu məsciddə 300 nəfər kişi və 50 qadın eyni vaxtda namaz qıla bilərlər.  

اقامه نخستین نماز در تنها مسجد رسمی پایتخت یونان

Qeyd edək ki, Afina avropa ölkələri arasında məscidi olmayan yeganə paytaxt idi. Bu məscidin layihəsi 2007-ci ildə hazırlansa da Yunan hakimiyyəti və kilsə tərəfindən etirazla qarşılaşmışdı. Türk əsilli vətəndaşlar tərəfindən inşa edilən bu məscidin tikintisi bütün maneələri aşdıqdan sonra 2019-cu ildə başa çatdı. Məscidin açılışı bir sıra idarə işlərində törədilən maneələrə görə bir il gecikdi.

Yunanıstanda yaşayan 500 min nəfərlik müsəlman cəmiyyəti üçün 350 nəfərlik tutuma malik və İslami memarlıqdan əsər və əlaməti olmayan məscidin açılışı ötən gün, 3 Noyabr 2020-ci il, reallaşdı. /3933030     

Teqlər: yunan ، afina ، məscid
captcha