IQNA

Universitet ustadı İslam və Qurana hörmətsizlik etdiyi üçün qovuldu

8:26 - November 05, 2020
Xəbər sayı: 3488552
Tehran (IQNA)  - Misrin Təhsil Nazirliyi İskəndəriyyə universitetində tədris edən müəllimi İslam dini və Qurana hörmətsizlik etdiyi üçün işdən azad edib.

Misrin Təhsil Nazirliyi İskəndəriyyə universitetində tədris edən müəllimi İslam dini və Qurana hörmətsizlik etdiyi üçün işdən azad edib.

Həmin müəllim sinifdə Fransada İslam Peyğəmbərinə (s) edilən hörmətsizliyə görə yaranan böhran barədə danışıb və bu mövzuda tələbələrlə mübahisə edib.

Tələbələrlə mübahisə edərkən İslam dini və Qurana hörmətsizlik edən müəllim tələbələrin qəzəbinə tuş gəlib. Tələbələr bu hörmətsizliyə etiraz edərək sinifi tərk ediblər.

Müəllimin sinifdə İslam dini və Qurana etdiyi hörmətsizlik həvəskar kameraya çəkilib və sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri müəllimin cəzalandırılmasını tələb ediblər.

Hadisədən xəbər tutan Təhsil Naziri Xalid Əbdülğəffar həmin müəllimi işdən kənarlaşdırıb və 48 saat ərzində istintaqa cəlb ediləcəyini bildirib. /3933263

captcha