IQNA

İngiltərə məscidlərində camaat namazı qılmaq qadağan edildi

6:25 - November 07, 2020
Xəbər sayı: 3488565
Tehran (IQNA)  - İngiltərənin İslami Mərkəzlərinin məscidlərində camaat namazı qılmaq və dini təlim dərsləri keçmək koronavirusun qarşısını almaq hədəfi ilə qadağan edildi.

İngiltərənin İslami Mərkəzlərinin məscidlərində camaat namazı qılmaq və dini təlim dərsləri keçmək koronavirusun qarşısını almaq hədəfi ilə qadağan edildi.

Bu qərar Cümə Axşamı günündən (5 Noyabr 2020) qüvvəyə minib və buna görə cari həftənin Cümə namazı qılınmayıb.

İngiltərədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən yeni məhdudiyyətlərə görə bütün dini mərkəzlərdə, o cümlədən məscid, kilsə və sinaqoqlarda kütləvi ibadət qadağandır. İbadət ocaqları fərdi ibadət üçün isə açıq olacaqdır.   /3933394  

captcha