İranlı yeniyetmə Seyyid Hüseyn Salehinin 17 yaşı var. O, koronavirusa görə ilk məhdudiyyətlər yarananda və təhsil ocaqları tətil ediləndə yaranmış fürstədən istifadə edərək Qurani-Kərimin 15 cüzünü əzbərləyərək Quran hafizi olub.
O daha öncədən Tehran əyalətinin Rey şəhərinə yerləşən Şah Əbdüləzim (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən Quranın Hifzi Mərkəzində Quranın qiraəti və hifzi üzrə təhsil alırdı və iki il 4 ay müddətində Qurani-Kərimin 15 cüzünü əzbərləyə bilmişdi.
Hüseyn Salehi IQNA ilə müsahibəsində deyib ki, 9 yaşında anasının təşviqi ilə Quran oxumağı öyrənib. Daha sonra Quran Təlimi Mərkəzində Quranın qiraət və tilavət qaydalarını mənimsəyib. Hazırda isə Quranın peşəkar qiraəti və hifzini təkmilləşdirir.
Seyyid Hüseyn Salehi bildirib ki, özündən beş yaş böyük bacısı da Quran hafizidir və onun Quran əzbərləməsində bacısının da təsisi olub.
O, Quranı əzbərləmək metodu barədə deyib: Quranın hifzini hər gün iki xətt əzbərləməklə başladım. Sonra hər gün beş sıra xəttə qədər artdım və daha sonra hər gün bir səhifəni əzbərləmək gücünə çatdım. Beləliklə iki il 4 ay ərzində ərzində Quranın 15 cüzünü əzbərlədim. Koronavirusa görə məhdudiyyətlər başladığı zaman Quran hifzinə daha çox vaxt ayıraraq bir ildən az bir müddətdə yerdə qalan 15 cüzi də əzbərləyərək Quran hafizi oldum.
Gələcəkdə həkim olmaq istədiyini bildirən Seyyid Hüseyn Salehi Quranın hifzinin onun dərslərinə mane olmadığını və dərslərini də əla oxuduğunu vurğulayıb. /3933532