Azərbaycanlılar 28 ildən sonra ilk dəfə bu ölkənin milli və mənədi dəyərləri, tarixi və mədəniyyətin ocağı olan Şuşada, Gövhər ağa məscidində Cümə günü camaat namazı qılıb.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "Report"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il Noyabr ayının 8-də Şuşa şəhərini işğaldan azad edib. /3934945
Görüntüləri təqdim edirik: