Tehran (IQNA) - Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Avropa məsələləri üzrə araşdırmaçısı Marko Perolini Fransada müsəlmanların təqib edilməsinə işarə edərək vurğulayıb: Fransa dövləti özünün xəyal etdiyi kimi söz və ifadə azadlığının himayədarı deyil.
O əlavə edib: Fransa parlamenti ölkənin qanun icrası məsullarının fotolarını sosial şəbəkələrdə paylaşılmasını cinayət hesab edən yeni bir qanun layihəsi hazırlayır. Bu isə Fransa rəsmilərinin Həzrət Məhəmmədin (s) karikaturasını çəkənlərin ifadə azadlığı haqqını müdafiə etməsi ilə ziddiyyət təşkil edir və bu iki şeyi bir araya gətirmək çox çətindir.
Marko Perolini deyib: Sinifdə uşaqlara İslam Peyğəmbərinin (s) karikaturasını göstərən və bunu ifadə azadlığı hesab edən Fransalı müəllimin öldürülməsi Fransanın hər bir yerinə ciddi zərərlər vurdu və ifadə azadlığı və bu azadlıqdan istifadə etmək istəyənlərin barəsində böyük qalmaqal yaratdı.
O əlavə edib: Karikatura çəkilməsinə müxalif olanların da haqqı vardır ki, bu barədə öz nigarançılıqlarını bildirsinlər. Karikatura ilə müxalif olmaq insanı separtçı, təəssübkeş və ya radikal İslamçı etmir.
Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Avropa məsələləri üzrə araşdırmaçısı vurğulayıb: Fransa dini etiqadları təhqir edənlərin fikirlərini söz azadlığı bəhanəsi ilə şiddətlə dəstəklədiyi bir halda özü bu ölkədə yaşayan müsəlmanların ifadə azadlığını respublikaçılıq ilə ziddir bəhanəsi ilə boğur. Müsəlmanlar təhsil müəssisələri və ya iş yerlərində özlərinin dini simvollarını daşıyan geyimlərdən istifadə edə bilmirlər.
O vurğulayıb: Fransada 11 ictimai fəal İsrail mallarını boykot etdikləri üçün məhkum edilib. Avropa Məhkəməsi həmin 11 nəfərin hüquqlarının tapdalandığını elan edib. Fransanın əməl dəftəri bu kimi şeylərlə çox qaradır. Bu ölkədə hər il minlərlə insan dövlət rəsmilərini təhqir etdikləri üçün həbs edilirlər. /3935020