Tehran (IQNA) - Suriyanın Xarici İşlər Naziri Vəlid Müəllim bu gün səhər (16 Noyabr 2020) 79 yaşında ikən vəfat edib.
Bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin ümumi əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Vəlid Müəllim 1941-ci ildən Dəməşq şəhərində anadan olub. 1948-1960-cı illərdə bu ölkənin təhsil ocaqlarında ibtidai, orta və ali təhsilini başa vurub. 1963-cü ildə Qahirənin İqtisadiyyat universitetini bitirib.
Üç övlad sahibi olan Vəlid Müəllim 1964-cü ildən Suriyanın Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb və Suriyanı müxtəlif ölkələrdə siyasi məsələlərdə təmsil edib.
Vəlid Müəllim 2006-cı ildən Suriyanın baş naziri olaraq çalışmağa başlayıb.
Orta Şərq, Fələstin və müstəqillik mövzularında kitabların müəllifidir.
O, həmişə vurğulayırdı ki, Suriya bütün dünyanın əvəzinə terrorizmlə mübarizə aparır və tutarlı dəlillərə əsasən üzdə özünü demokrat və mülayim düşmən göstərənlər (ABŞ, İngiltərə, Fransa, Almaniya və sair) əslində vəhşi cinayətkarlar və terrorizmi yayanlardır.
Vəlid Müəllim deyirdi ki, Suriya milləti həyatlarının, qanlarının və iqtisadiyyatlarının məhvi bahasına terrorizmlə mübarizə aparır. Rusiya, İran və Livan Müqaviməti terrorizmlə mübarizədə Suriya müqavimətini gücləndirdilər. Və biz ölkəmizin hər bir qarışını düşməndən azad edənədək terrorizmlə mübarizə aparacayıq. /3935452