IQNA

İran və Oman Quran fəaliyyətləri sahəsində həmkarlığı genişləndirir

11:38 - November 16, 2020
Xəbər sayı: 3488634
Seyyid Əli Musəvizadə bu görüşdə Məhəmməd ibn Səid Müəmməri ilə iki ölkənin din, Quran və fiqh fəaliyyətləri sahəsində elmi və mədəni həmkarlığının genişləndirilməsi barədə söhbət ediblər.

Tehran (IQNA)  - İran İslam Respublikasının Omandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Oman Sultanlığının Dini İşlər və İslam Fondu Nazirinin müavini ilə görüşüb.

Seyyid Əli Musəvizadə bu görüşdə Məhəmməd ibn Səid Müəmməri ilə iki ölkənin din, Quran və fiqh fəaliyyətləri sahəsində elmi və mədəni həmkarlığının genişləndirilməsi barədə söhbət ediblər.

Tərəflər bu görüşdə iki tərəfli həmkarlıq, müştərək fəaliyyətlər və mövzu ilə əlaqəli qrumların münasibətlərinin gücləndirilməsi və möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.

İran İslam Respublikasının Omandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Seyyid Əli Musəvizadə iki ölkənin tarixi, mədəni və dini dəyərlərinin müştərəkliyinə işarə edərək deyib: İran İslam Respublikasında Quran, din, mədəniyyət və digər elmi məsələlərdə müştərək araşdırma aparmaq üçün çoxsaylı imkanlar mövcuddur. Ölkəmiz göstərilən sahələrdə Oman ilə əlaqələrin dərinləşməsi və genişləndirilməsi üçün həmkarlığa hazırdır.

Oman Sultanlığının Dini İşlər və İslam Fondu Nazirinin müavini Məhəmməd ibn Səid Müəmməri iki ölkənin tarixən dərin və qarşılıqlı hörmətə dayanan əlaqələrinə işarə edərək deyib: İki ölkənin Quran və şəriət elmləri sahəsində həmkarlıq etməsi üçün münasib imkanlar mövcuddur və buna görə də münasibətlərin genişləndirilməsi üçün davamlı çalışmaq lazımdır. /3935412

captcha