IQNA

İran ilə Azərbaycan arasında dini həmkarlıqların inkişafına təkid

15:49 - November 18, 2020
Xəbər sayı: 3488652
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi və bu ölkənin dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri ikitərəfli dini əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Qorbanəli Pourmərcan dünən Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə İran İslam İnqilabının Böyük Rəhbərinin modern islami sivilizasiya barədəki bəyanatına işarə edib. Bildirib ki, islami ölkələr modern islami sivilizasiya məsələsində rol oynamalıdırlar.

Mübariz Qurbanlı da Qərb ölkələri tərəfindən islamofobiyanın yayılmasına işarə ilə deyib: Zorakılıqlar, təkfirçiliklər və ifratçılıqların kökü, başlıca olaraq, Qərb dünyasında və Avropa ölkələrindədir, lakin onlar İslam Dünyasını ifratçılıqda ittiham edərək, müxtəlif ölkələrdə islamofobiyanı yayır və təbliğ edirlər.

Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri sonra deyib: İslami ölkələrin əsas vəzifəsi, ixtilafların kənara qoyulması, sülhə nail olmaq və birlikdir.

captcha