IQNA

Hindistan səfiri Böyük Kufə məscidini ziyarət etdi

19:49 - November 18, 2020
Xəbər sayı: 3488655
Hindistanın İraqdakı səfiri və onu müşayiət edən nümayəndə heyəti müqəddəs Böyük Kufə məscidini və yanındakı mütəhhər hərəmləri ziyarət etmək, tarixi və irsi arxitekturası ilə tanış olmaq şərəfinə nail olub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki,  Böyük Kufə məscidinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları səfiri müşayiət ediblər. Səfirə müqəddəs məscidin tarixi və arxeoloji yerləri, eləcə də müqəddəs məbədlər barədə ətraflı məlumatlar verilib.

Hindistanın İraqdakı səfiri buradakı səmimi qarşılama və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildirib.

Teqlər: hindistan ، Kufə məscidi ، İraq
captcha