İran İslam Respublikasının təşəbbüsü ilə keçirilən 15. Beynəlxalq Məclisi-Tilavət Festivalı Noyabr ayında öz işinə başlayıb və müsəlman ölkələrinin qariləri festivala qoşulmağa dəvət edilib.
Beynəlxalq Məclisi Quran Tilavətləri Festivalı bu il kommunikasiya texnologiyaları və sosial media vasitəsi ilə keçiriləcək.
Festivalın keçirilməsi komitəsi sosial media vasitəsi ilə bütün dünya qarilərinə öz qiraət və tilavət əsərlərini komitəyə göndərmələrini istəyib.
Əsərlərin qəbulu prosesi 2021-ci ilin Fevral ayının sonunadək davam edəcək.
İslam dünyasının qariələri və bütün qeyri-müsəlman ölkələrində yaşayan Quran fəalları bu festivalda iştirak edə bilərlər.
Festivala indiyədək Livan, Mavritaniya, Pakistan, İraq, Suriya, Əfqanıstan, Banqladeş, Avstraliya, İndoneziya, Mərakeş, Məğrib, Hindistan, Malaziya, Oman, Qətər və Ərəbistandan olan qarilər öz əsərlərini göndəriblər.
Festivalda iştirak etmək istəyənlərin yaşı 18-dən yuxarı olmalı və tilavət videoları 4 dəqiqədən artıq olmamalıdır.
Festivalda iştirak etmək istəyənlər öz əsərlərini (tilavət videoları) vətəndaşlıq pasportlarının üz çıxarışı ilə ftffestival2020@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Əsərlər komitəyə göndərildikdən sonra festivalda iştirak etməsi üçün hakimlər tərəfindən qiymətləndiriləcək. Sonra iştirakçı rəqabətlərə qatılmaq üçün ikinci bir tilavət videosu göndəriləcək. Həmin video həm hakimlər heyəti tərəfindən qiymətləndiriləcək, həm də "facebook", twitter və instagram sosial şəbəkələri üzərindən tamaşaçı səsini toplamaq üçün paylaşılacaq. Festivalın final mərhələsində isə qaliblərdən beş nəfəri mükafatlandırılacaq. Qaliblərin mükafatı İran riyalı ilə 300 milyon dəyərində olacaq. Xarici ölkələrdən olan qaliblərin mükafatı iştirakçının ölkəsinin pul vahidi və ya dollar ilə qalibə göndəriləcək. /3935015