IQNA

Quranın kamil təcvid qiraəti Minşavinin səsi ilə ilk dəfə yayımlanacaq

22:08 - November 21, 2020
Xəbər sayı: 3488678
Tehran (IQNA)  - Qurani-Kərim bütün surələrinin təcvid qaydaları əsasında tilavət və qiraəti ilk dəfə məşhur qari Məhəmməd Siddiq Minşavinin səsi ilə Quran radiosundan yayımlanacaq.

Qurani-Kərim bütün surələrinin təcvid qaydaları əsasında tilavət və qiraəti ilk dəfə məşhur qari Məhəmməd Siddiq Minşavinin səsi ilə Quran radiosundan yayımlanacaq.

Bu barədə Səudiyyə Ərəbistanın Quran Radiosu Şəbəkəsi özünün rəsmi sosial şəbəkə hesabında məlumat verib.

Mərhum qari Ustad Məhəmməd Siddiq Minşavinin səsi ilə Quran tilavəti ilə 50 il öncə yazılıb. Bu audiyazı müasir texnoloji avadanlıqlar vasitəsi ilə Səudiyyə Ərəbistanın Quran Radiosu Şəbəkəsi yenidən yaxşı keyfiyyətlə hazırlanıb.

Quran Radiosunun verdiyi məlumata görə, Ustad Məhəmməd Siddiq Minşavinin səsi ilə Quran tilavəti gələn həftənin Bazar günündən etibarən (29 Noyabr 2020) Səudiyyə vaxtı ilə hər gün səhər saat səkkizdə yayımlanacaq.

Mərhum ustadla qısa tanışlıq

"Həncərətul-Bakiyə" (Ağlar boğaz) ləqəbi ilə məşhur olan dünya şöhrətli qari mərhum Məhəmməd Siddiq Minşavi 1920-ci ildə Misrin Suhac əyalətinin Minşah kəndində anadan olub. 8 yaşında bütün Qurani-Kərimi əzbərləyib. 9 yaşından atası ilə Quran məscislərində qiraət etməyə başlayıb. Onun gözəl səsinin sədası Misrin Quran radiosuna çatdıqdan sonra radionun əməkdaşları lazım olan təchizatı götürüb ustadın yaşadığı şəhər gəlir və orada onun səsi ilə tilavət yazılar. Quran radiosundan tilavəti yayıma gedən ustadı az bir müddətdə bütün Misr və müsəlman ölkələri tanıyır.

Ustad Məhəmməd Siddiq Minşavi 49 yaşında ikən "Esophageal varices" xəstəliyi ilə dünyasını dəyişib.

Qeyd edək ki, onun atası Siddiq Seyyid Minşavi və qardaşı Mahmud Siddiq Minşavi də məşhur Quran qarilərindən olublar. /3936299

captcha