IQNA

İmamzadə Əbdüləzim (ə) ziyarətgahının qapıları açıldı

11:00 - November 22, 2020
Xəbər sayı: 3488682
Tehran (IQNA)  - İran İslam Respublikasının Tehran əyalətinin Rey şəhərində yerləşən Həzrət Şah Əbdüləzim (ə) ziyarətgahının qapıları bu gün (22 Noyabr 2020) ziyarətçilərin üzünə açılır.

Tehran əyalətinin Rey şəhərində yerləşən Həzrət Şah Əbdüləzim (ə) ziyarətgahının qapıları bu gün (22 Noyabr 2020) ziyarətçilərin üzünə açılır.

Bu barədə ziyarətgahının rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, İran İslam Respublikasının Böhran İdarəetmə Mərkəzinin yeni qərarına əsasən Həzrət Şah Əbdüləzim (ə) ziyarətgahının qapıları bu gündən (22 Noyabr 2020) ziyarət və ibadət üçün açılır.

Ziyarətçilər hər gün imamzadəni (ə) səhər saat 8:00-dan axşam saat 18:00-dək ziyarət edə bilər. Ziyarətgahın qapıları axşam saat 19:00-da bütün ziyarətçilər hərəmdən təxliyə edildikdən sonra bağlanacaq.

Qeyd edək ki, müqəddəs ziyarətgahda ibadət edənlər bütün sanitariya qaydarlına əməl etməli, maska taxmalı və fiziki fasiləni qorumalıdırlar. Həmçinin ziyarətgahda cənazələrin müşayəti, cənazə namazlarının qılınması, bütün kütləvi tədbirlər və camaat namazları qadağandır.  /3936587

captcha